Ukrayna təcavüzkar Rusiyanın daha 20 tankını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Quru Qoşunları bildiri ki, Çerniqov şəhəri istiqamətində “Şimal” operativ komandanlığı Rusiya Silahlı Qüvvələrinin 20-yə yaxın tankını məhv edib. İşğalçı qüvvələr canlı itki verib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilib ki, “Şimal” bölməsi həmçinin Çerniqov şəhərinə doğru irəliləyən Rusiya texnikasının kolonunu məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib.

“Çerniqov müdafiəni saxlayır və düşməni məhv edir”, – məlumatda vurğulanıb.

Digər tərəfdən isə rusların Kiyevdə desantlarının olduğu bildirilir. Bu dəqiqələrdə Kiyevin hökumət binaları yerləşən hissəsində atəş səsləri eşidilir.

 “Associated Press” agentliyi bu barədə bildirir.

Habelə Ukrayna ordusunun formasını geyinmiş Rusiya diversantları şəhərin Oboloni rayonuna sızıblar və orada yaşayış evlərinə atəş açırlar. Habelə sosial şəbəkələrdə yayılan kadrlara əsasən küçələrdə üzərində tanınma nişanı olmayan Rusiya hərbi texnikası da gözə dəyir. Onlardan biri yolda hərəkət edərkən qəfil dönərək qarşı zolaqda gedən mülki avtomobili tapdalayıb. Habelə yaşayış rayonlarında Rusiya tankları qeydə alınıb, bir çox hallarda Rusiya texnikası yaşayış binalarının həyətinə daxil olub. Habelə tankdan yaşayış binasına atəş açılması faktı qeydə alınıb. Bildirilir ki, Ukrayna ordusunun formasında olan həmin diversantların bir qrupu artıq məhv edilib.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …