
GADTB: “Reuters” xəbər verir ki, İran Rusiyaya yaxın zamanlarda “Fateh-360” raket buraxılış sistemlərini göndərməyə hazırlaşır. ABŞ-ın verdiyi məlumata görə, raketlər ötən il Ukraynaya qarşı istifadə üçün Rusiyaya ötürülüb.
Bildirilib ki, bu buraxılış qurğularının çatdırılması həyata keçərsə, İran Rusiyanın Ukraynaya hücumunu dəstəkləyəcək və Tehranla Moskva arasında təhlükəsizlik əlaqələrinin genişlənməsinin növbəti təsdiqi olacaq.
Analitiklərin fikrincə, 120 kilometr mənzilli “Fateh-360” ballistik raketi Rusiyanı münaqişənin ön xəttində Ukrayna qüvvələrinə, eləcə də iki ölkə sərhədinə yaxın hərbi hədəflərə və əhali mərkəzlərinə atəş açmaq üçün yeni silahla təmin edəcək. / Azad İran