Şənbə , Sentyabr 26 2026
azfa

İran saytı Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycana qarşı tvitini yaydı

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Sepah hərbi təşkilatına yaxın “mashreghnews” saytı bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycana qarşı tvitini dərc edib.

İran saytının “Ermənistan parlamentinin sədrinin 9 noyabr bəyannaməsinin pozulmasına reaksiyası” başlıqlı yazısında Alen Simonyanın “Twitter” hesabında paylaşdığı tvitin mətni verilərək, onun Azərbaycan Respublikasına qarşı irəli sürdüyü əsassız ittihamlarına və guya “Azərbaycanın Ermənistana təcavüz etməsi” ilə bağlı iddiasına dolayısı ilə dəstək nümayiş etdirilir.

İran saytında deyilir ki, Ermənistan parlamentinin sədri bir neçə saat əvvəl “Twitter” hesabında paylaşım edərək bunları yazıb:

“Azərbaycan üç tərəfli 9 noyabr bəyannaməsini pozub.

BMT nizamnaməsinə əsasən, Ermənistan Respublikası gücdən və ya istənilən vasitədən istifadə etməklə öz ərazi bütövlüyünə və suverenliyinə qarşı edilən hər hansı bir təcavüzün qarşısını almaq hüququna malikdir”, -deyə Alen Simonyanın “Twitter”dəki paylaşımında bildirilir.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …