Çərşənbə , Oktyabr 21 2026
azfa

Təbrizdə işçilərin etiraz aksiyası 4 gündür davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Traktor zavodunun motor istehsalatı bölməsinin işçilərinin etirazı 4 gündür davam edir. Onlar hüquqlarının tanınmadığı və onlara təminat verilmədiyi üçün tətil aksiyasına davam etdirlər.

Zavodun işçiləri noyabrın 17-də tətil aksiyalarının dördüncü günüdə zavodda toplaşaraq etirazlarını bildiriblər. Onlar əmək haqqının sabit ödənişlərlə deyil, iş sifarişinə uyğun olaraq artırılmasını, vəzifə təsnifatlarının tətbiqini, müvafiq və yenilənmiş məhsuldarlıq haqlarının ödənilməsini, sığorta məsələsində problemlərin həlli ilə bağlı tələblərini yenidən gündəmə gətiriblər.

İşçilər zavod müdiriyyəti və vilayət rəhbərliyinin zavoda gəlib onların tələblərinin həllinə təminat vermələrini istəyiblər.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …