Çərşənbə axşamı , Aprel 14 2026
azfa

İran televizyası kürd terrorizmi ilə birgə Azərbaycanı Kürdüstan kimi təqdim edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran televizyası kürd terrorizmi ilə birgə Azərbaycanın qərb bölgəsindən Azərbaycan adını silməyə və Azərbaycanın bu hissəsini Kürdüstan kimi təqdim etməyə çalışır.

Bu istiqamətdə İran televizyası Qərbi Azərbaycan əyalətinin adını təhrif edərək “Urmiya” əyaləti kimi təqdim edib.

İran Radio və Televizyasının xəbər şəbəkəsi Qərbi Azərbaycan valisi Məhəmmədsadiq Motəmediyanla müsahibədə onun fotosunun yerinə öncəki vali Məhəmmədmehdi Şəhriyarinin fotosunu yayıb və onu “Urmiya” əyalətinin valise kimi təqdim edib.

Qeyd edək ki, bir gün öncə isə rejim Qərbi Azərbaycan əyalətinin Mədəni İrs,Turizm və Əl İşləri Təşkilatının rəsmi portalında əyalt valiliyinin binasının təmiri ilə bağlı verilən xəbərdə yenidən “Urmiya” valiliyi ifadəsini istifadə etmişdi.

İrqçi fars rejim bununla kürd terrorizmi ilə birləşərək Azərabycanın böyük bir hissəsini kürdləşdirib, adını dəyişməklə kürdlərə verməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …