İran və İsrail döyüşün növbəti mərhələsinə hazırlaşırlar

GADTB: İsrailin “Kanal 12” telekanalı İran və İsrailin döyüşün növbəti mərhələsinə hazırlaşdıqları barədə məlumat yayıb.

Cümə axşamı axşam saatlarında İsrailin “Kanal 12” telekanalı ölkədəki İran məsələləri ilə bağlı bir çox ekspertlərin rəylərinə istinad edərək bildirib ki, İran və İsrail arasında atəşkəsə baxmayaraq, bu döyüşün növbəti mərhələsinə diqqət yetirilir və bu hadisə gözləniləndən daha tez baş verə bilər.

Məlumatda qeyd olunur ki, İslam Respublikası “zədələnmiş raket və müdafiə sisteminin bərpasına yönəlib və İsrail də İslam Respublikası nüvə fəaliyyətlərini bərpa edəcəyi təqdirdə İrana hücumun təkrarlanmasından danışır”.

Reportajda tövsiyə edilir ki, İsrail İranla döyüşdə uğur qazandığına inansa da, bu, onun sonrakı hücumlarında uğurlu olacağına dəlalət etmir və hətta bu döyüşün növbəti raundlarında onlardan dərs almaq üçün uğurlarını araşdırmalıdır.

Həmçinin yoxlayın

Zəngəzur dəhlizi ilə bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq

GADTB: Zəngəzur dəhlizi üzərindən bütün enerji və logistik resurslar Türkiyəyə çatdırılacaq Yaxın zamanda Zəngəzur dəhlizi …

Vaxtilə Türk əsgərinə xiyanət edən Fələstin, bu gün də Türkiyəyə xiyanət edir

GADTB: Türkiyə prezident Ərdoğanın Türk Dünyası mənafeyini Fələstinə qurban verməsinə baxmayaraq, vaxtilə Türk əsgərinə xiyanət …