Şənbə , İyul 19 2025
azfa

İran Xarici işlər naziri: “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ərazilərini işğal edən Ermənistanı dəstəkləyən İran Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti adlandırdı.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat verilib.

Bildirilib ki, İran və Ermənistan XİN başçılarının görüşündə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.

“Ermənistan respublikası daxil olmaqla bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi əhəmiyyətlidir. Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, – deyə İran XİN başçısı bildirib.

O, Ermənistanı İranın əhəmiyyətli qonşusu kimi xarakterizə edib.

Həmçinin yoxlayın

İsrail və Suriya atəşkəs barədə razılaşdı; Sünni ərəb qəbilələri ilə druzilər arasında kəskin döyüş davam edir

GADTB: İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin …

Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə azalıb

GADTB: Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə azalıb və göl acınacaqlı vəziyyətdədir. Göldə su səviyyəsi …