Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət gəlir.

İran XİN rəhbərinin müavini Qəribabadi az öncə mediaya canlı açıqlamasında hadisənin araşdırılmalı olduğunu deyib və “İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini verməyən öplkələrə” hücum edilmədiyini əminliklə vurğulayıb.

İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan Teleqram kanalları, o cümlədən “SEPAH Pasdaran” və “Bisimçi” isə məlumatı bu cür paylaşıb:

“Naxçıvan hava limanına – xüsusilə də sionist rejim və ABŞ zabitlərinin ölkəmizin infrastrukturuna hücumları planlaşdırdığı və idarə etdiyi hissəyə – hücum həyata keçirən PUA “Araş-2” olub və həmin məntəqə (aeroport – red.) darmadağın edilib. Düşmən bunu özü görür və bilməlidir ki, İran heç kimlə nə zarafat edir, nə də güzəştə gedir. Bu aparat 120 kiloqramlıq döyüş başlığına və çox yüksək məhvetmə gücünə malikdir və ordunun quru qoşunları tərəfindən istifadə olunur. Bu isə Bakının muzdlu və xəyanətkar rejiminə verilən sadəcə bir xəbərdarlıq zərbəsi idi”.

Göründüyü kimi, SEPAH-a bağlı kanallar Azərbaycanın ünvanına təhdidlər-təhqirlər yağdırır və hücumun qəsdən edildiyini bildirir.

Qeyd edək ki, Naxçıvan aeroportuna edilən hücum zamanı terminal və uçuş-eniş zolağı zədələnib, yaxınlıqdakı orta məktəbə ciddi ziyan dəyib, ümumilikdə 4 nəfər xəsarət alıb.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …