Şənbə , Oktyabr 24 2026
azfa

İran xristianların müsəlmanlara hərbi təcavüzünü pisləyən Yasəmin Zəfərinin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlıdan Yasəmin Zəfərini həbsə atıb, üstəlik fəalın evinə hücum edərəm onun şəxsi əşyalarını qarət edib.

İranın təhlükəsizlik qüvvələri Azərbaycan Respublikasına dəstək aksiyası zamanı həbs edilən milli fəal Yasəmin Zəfərinin evinə hücum edərək evdə axtarış aparıblar.

Rejimin təhlükəsizlik qüvvələri iyulun 23-də evə hücum edib axtarış apardıqdan sonra, milli fəalın şəxsi əşyaları müsadirə ediblər.

Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın