Bazar ertəsi , Yanvar 24 2022
azfa

İran yenidən erməni yalanlarını səsləndirib Rusiyanın Azərbaycan ərazilərini nəzarətə götürməsini istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst molla rejiminin məclis sədri Qalibaf Moskovada Ermənistanın II Qarabağ müharibəsində guya Azərbaycanın terrorçuları müharibəyə cəlb etdiyinə dair iddialarını yenidən səsləndirib.

Azərbaycanın öz əraziıərini azad etməsi ilə razılaşa bilməyən molla rejimi Azərbaycana qarşı hər növ yalanlar uydurmaqdan çəkinmir.

Rusiyada səfərdə olan İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib ki, İranı Rusiyanın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli səylərini alqışlayır, amma bölgədə təhdidlər yenə də qalmaqdadır.

“Bu münaqişənin davam etməsi İranın şimal sərhədlərində təhlükəsizlik problemləri yarada bilər. Rusiyanın bu müharibəni mümkün qədər tez bitirmək üçün səy göstərməsindən məmnunuq. Amma mənə elə gəlir ki, bu bölgədə yatmış təhdidlər var. Demək istədiyim budur ki, bu bölgədə terrorçu qüvvələrin varlığının qarşısını almalıyıq”, – Qalibaf bildirib.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …