Çərşənbə , Oktyabr 21 2026
azfa

Türkiyənin güclənməsi Qərbi narahat etməyə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Orta Şərq və Aralıq dənizindən tutmuş Mərkəzi Asiyaya kimi təsir gücünü artırması Qərbi narahat etməyə başlayıb.

ABŞ-ın “Stratfor” analitik şirkətinin qurucusu Corc Fridmanın “Gələcək 100 il” adlı məqaləsində 2050-ci ildə Türkiyənin söz sahibi oldacağı coğrafi ərazinin xəritəsi yayımlanıb.

Xəritəyə əsasən Türkiyə Yunanıstan, Cənubi Kipr, Liviya, Misir, Suriya, İraq, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Yəmən, Körfəz ölkələri, Gürcüstan, Ermənistan, Azərbaycan, Krım, Türkmənistan və Qazaxıstan üzərində təsir gücünə malik olacaq.

Qeyd edək ki, xəritə sosial şəbəkələrda geniş müzakirəyə səbəb olub.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …