Çərşənbə , Oktyabr 4 2023
azfa

İran yenidən müxtəlif istiqamətlərdən Ermənistana hərbi texnika göndərməyə başlayıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son günlərdə İran yenidən müxtəlif istiqamətlərdən Ermənistana hərbi texnika göndərməyə başlayıb. Hazırda geniş şəkildə Nurduz istiqamətində hərbi texnika və hərbi avtomobillər yüklənmiş yük maşınları hərəkət etməkdədir.

Əsasən Ənzəli-Astara yolu, Təbriz-Culfa yolu və Sarabda Ermənistan istiqamətində hərəkət edən hərbi kamaz maşınları və s. hərbi texnika yüklənmiş maşınlar müşahidə edilib.

Qeyd edək ki, İran rejimi sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini iddia etsə də, Azərbaycan türklərinin etirazına baxmayaraq əməldə Azərbaycana qarşı Ermənistanı dəstəkləyib. 44 günlük müharibə dövründə olduğu kimi, indi də İran Ermənistanı hərbi texnika ilə təchiz etməklə məşğuldur.

İran rejimi Güney Azərbaycanda Azərbaycan türklərinin dəfələrlə etirazına da məhəl qoymayıb və Ermənistana başla-canla yardım edir.

Həmçinin yoxlayın

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların …

İzmirdə “Urmu gecəsi” musiqili tədbir keçirilib

GADTB: Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür …

Bir cavab yazın