Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana qarşı qərəzli təbliğatına davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son zamanlar İran mətbuatı və radio-televiziya kanalları Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana qarşı qərəzli təbliğatına davam edir.

İran dövlətinə bağlı diplomat və ekspertlər Zəngəzur dəhlizinin hüquqi əsası olmadığını iddia edərək, Azərbaycanın işlərinə müdaxilə edirlər.

İran rejimi özünün Antiazərbaycan yanaşmasını əsaslandırmaq üçün Azərbaycanı şərləyərək Zəngəzur dəhlizinin guya İsrail və Britaniya tərəfindən irəli sürüldüyünü iddia edirlər. Bəzən isə bu dəhlizi NATO və bəzən isə Turan dəhlizi adladırırlar.

Əhməd Kazimi kimi İrana bağlı şəxslər İran diktəsi ilə İran televiziyasında Zəngəzur dəhlizi adının Azərbaycan Prezidenti tərəfindən irəli sürüldüyünü və bunun heç bir hüquqi əsası olmadığını iddia ediblər.

Əhməd Kazimi “Sürəyya” proqramında Zəngəzur dəhlizinin bəhanə olduğunu, Azərbaycanın bu vasitə ilə Ermənistann cənub bölgəsini işğal etməyə hazırlaşdığını və İranın parçalanmasına hazırlıq görüldüyünü iddia edib.

Kazimi hətta irəli gedərək, İran mediasını da tənqid edərək onların Zəngəzur dəhlizi ifadəsini işlətməklə Azərbaycanın Ermənistan və İrana qarşı planlarına xidmət etdiklərini söyləyib.

Kazimi deyib: “İran rəsmiləri diqqətli olmalıdır, ən böyük yanlışlıq Zəngəzur dəhlizinin yalnız bir tranzit yolu kimi başa düşülməsi olub. Yox, bu belə deyil və Zəngəzur dəhlizi İranın parçalanmasının kod adıdır”.

O, bu dəhlizə NATO-nun Turan dəhlizi adının verilməsinin daha doğru olduğunu, bunun arxasında İngiltərə yəhudilərinin durduğunu iddia edib.

İran rejimi hətta Təbriz və başqa Azərbaycan şəhərlərindən də Azərbaycana qarşı yetişdirdiyi şəxslər vasitəsilə Azərbaycana qarşı qərəzli təbliğata davam edir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …