Cümə axşamı , Avqust 27 2026
azfa

Ukraynanın qorxusundan Rusiya sualtı qayıqlarını Krımdan çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Ukraynadan gələn zərbə təhlükəsi ilə əlaqədar Sevastopoldakı sualtı qayıqlarını Novorossiyskə köçürüb. Bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiyanın Qara Dəniz Donanmasının komandanlığı demək olar ki, öz “Kilo” tipli sualtı qayıqlarını Sevastopoldakı əsas limandan Novorossiyskə köçürüb. Bu, çox güman ki, Ukraynanın uzaq məsafələrdən zərbə endirmə qabiliyyətinin artması ilə əlaqədardır. Son iki ayda donanmanın qərargahı və dəniz aviasiyasının əsas aerodromunun ərazisi hücuma məruz qalıb və mühafizə olunub”, – məlumatda deyilib.

Bu arada isə Ukrayna müharibənin 209-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 54 810 hərbçi, 2 216 ədəd tank, 4 724 ədəd zirehli döyüş maşını, 1 323 ədəd artilleriya sistemi, 318 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 168 hava hücumundan müdafiə sistemi, 252 ədəd hərbi təyyarə, 217 ədəd helikopter, 3 587 ədəd avtomobil texnikası, 925 ədəd PUA, 239 qanadlı raket, 15 gəmi/qayıq, 125 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

Sentrkom: İran İslam Respublikasının dəniz mühasirəsi şəraitində 75 ticarət gəmisinin marşrutu dəyişdirilib; 3 gəmi fəaliyyətdən çıxarılıb, 2 gəmi yoxlanılıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı İran İslam Respublikasına qarşı dəniz mühasirəsinin davam etdirildiyi bir vaxtda ABŞ …

Azərbaycan Xarici İşlər Nazirliyindən Rusiyaya sərt reaksiya

GADTB: 27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum …