Şənbə , Noyabr 14 2026
azfa

İrana qarşı dəniz blokadası ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump “Truth Social” platformasında paylaşdığı post ilə İrana qarşı dəniz blokadası tətbiq olunmasının mümkünlüyünü gündəmə gətirib. Bu açıqlama Vaşinqtonun danışıqlar mərhələsindən uzaqlaşaraq daha sərt addımlara keçə biləcəyinə işarə kimi qiymətləndirilir.

Məlumata görə, danışıqların nəticəsiz qalmasından sonra ABŞ-ın əsas seçimlərindən biri dəniz yolu ilə təzyiqin artırılmasıdır.

Trampın paylaşımında qeyd olunur ki, əgər İran ABŞ-ın şərtlərini qəbul etməsə, dəniz blokadası “əsas təzyiq aləti” kimi tətbiq oluna bilər. Belə bir addım İranın neft ixracını və beynəlxalq gəmiçilik marşrutlarını ciddi nəzarət altına ala bilər.

Analitiklər bildirirlər ki, bu cür ssenari reallaşarsa, regionda gərginlik daha da artacaq və xüsusilə Hörmüz boğazı kimi strateji bölgələrdə vəziyyət kritik həddə çata bilər.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …