Cümə axşamı , Sentyabr 17 2026
azfa

ABŞ və İran arasında İslamabaddakı danışıqlar razılaşma olmadan başa çatıb

GADTB: ABŞ ilə İran arasında Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən danışıqlar razılaşma əldə olunmadan başa çatıb.

İranın Fars Xəbər Agentliyi yazıb ki, Tehran hazırda danışıqların növbəti mərhələsini keçirməyi planlaşdırmır. Agentlik “danışıqlar heyətinə yaxın mənbə”yə istinadən bildirib ki, İran ABŞ-ın Hörmüz boğazı, nüvə enerjisinin dinc istifadəsi və digər məsələlərlə bağlı “maksimalist tələblərini” qəbul etməyib.

ABŞ-ın vitse-prezidenti J. D. Vance də danışıqlardan sonra açıqlama verərək bildirib ki, Vaşinqton razılaşma əldə olunmadan görüş yerini tərk edir və ölkəyə qayıdır. Onun sözlərinə görə, ABŞ tərəfi “son və ən yaxşı təklif”ini təqdim edib və indi qərar İranın əlindədir.

Vens qeyd edib ki, əsas fikir ayrılığı nüvə silahları məsələsi ətrafında cəmləşir və ABŞ İranın uzunmüddətli şəkildə nüvə silahı əldə etməyəcəyinə dair açıq öhdəlik görmək istəyir. O əlavə edib ki, bu istiqamətdə hələlik konkret nəticə yoxdur.

Məlumata görə, danışıqlar zamanı ABŞ nümayəndə heyəti ilə İran rəsmiləri – parlament sədri və xarici işlər naziri – arasında bir neçə görüş keçirilib. Danışıqların gedişində atmosferin tez-tez gərginləşdiyi də qeyd olunur.

Bu görüş son onillikdə ABŞ və İran arasında ən yüksək səviyyəli birbaşa təmaslardan biri hesab olunur. Danışıqların nəticəsi regionda davam edən gərginlik, o cümlədən Hörmüz boğazı məsələsi və kövrək atəşkəsin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …