Şənbə , İyun 7 2025
azfa

İranda 50-yə yaxın zindanında edama qarşı aclıq aksiyası keçirilir

GADTB: İranın 46 zindanında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar. Bildirilib ki, son iki həftə ərzində hər gün 7 nəfər dar ağacından asılıb.

Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini İranda artan edam cəzalarına cəlb etmək məqsədi ilə aclıq aksiyasına başlayıblar. Aclıq aksiyası 71-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd olunub ki, mayın 22-dən bu günə qədər İran zindanlarında üçü qadın olmaqla ən azı 67 məhbus edam edilib. / Azad İran

Həmçinin yoxlayın

Molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəalların həbsindən 17 ay ötür

GADTB: Azərbaycanlı fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seyfxah, Kərəm Mərdanənin …

İranın qatı müxalifi CENTCOM-a rəhbər təyin edildi

GADTB: ABŞ prezidenti Donald Tramp admiral Bred Kuperin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yeni komandanı vəzifəsinə …