Bazar ertəsi , Noyabr 2 2026
azfa

İranda etirazçılar işgəncə və edam riski ilə qarşılaşır

GADTB: Beynəlxalq Əfv Təşkilatı xəbərdarlıq edib ki, İranda baş verən kütləvi etirazlar zamanı saxlanılan minlərlə insan, o cümlədən uşaqlar, ədalətsiz məhkəmə prosesləri, işgəncə, cinsi zorakılıq, qaçırılma və ölüm hökmü ilə üzləşə bilərlər.

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, İranda etirazların yatırılmasından sonra saxlanılan şəxslərin vəziyyəti ciddi narahatlıq doğurur. Beynəlxalq Əfv Təşkilatı bu mövzu ilə bağlı İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejeiyə məktub göndərib.

Məktubda qeyd olunur ki, ölkə miqyasında keçirilən etirazlar zamanı minlərlə şəxsin saxlanılması və onların qarşılaşa biləcəyi işgəncə, itkin düşmə, ədalətsiz məhkəmə prosesləri və hətta ölüm cəzası ilə bağlı ciddi narahatlıq mövcuddur.

Təşkilat İran hakimiyyətini öz öhdəliklərinə əməl etməyə, saxlanılanların hüquqlarını qorumağa və beynəlxalq normalara riayət etməyə çağırıb.

Həmçinin yoxlayın

Molla rejimi Azərbaycan sərhədində ballistik raket buraxılış qurğuları yerləşdirib

GADTB: Yerli mənbələr İran İslam Respublikası rejiminin Azərbaycan Respublikası ilə sərhəddə hərbi yerdəyişmələrinin artdığını bildiriblər. …

Təbrizin 9-cu məntəqə bələdiyyəsinin qarşısında Xavəran sakinləri etiraz aksiyası keçirib – Video

GADTB: Xavəranın 2-ci fazasında yerləşən yaşayış mənzillərinin bir sıra sakinləri və mülkiyyətçiləri həllini tapmamış problemlərinə …