Cümə axşamı , Oktyabr 8 2026
azfa

Peyman Kərimpur məhkəməyə çağırılıb

GADTB: Təbriz şəhərində Ümumi və İnqilab Prokurorluğunun 15-ci İstintaq Şöbəsi tərəfindən verilən elektron bildirişə əsasən, Azərbaycan milli fəalı Peyman Kərimpur məhkəmə orqanına çağırılıb.

Bu bildirişin 6 dey 1404 tarixində verildiyi qeyd olunur və çağırılma səbəbi “məhkəmə (zabitlərin) hesabatı ilə bağlı irəli sürülən ittihama qarşı müdafiə vermək” kimi göstərilib. Bildirişdə yazılıb ki, adı çəkilən şəxs bildirişin sistemdə yerləşdirilməsindən sonra 5 gün ərzində həmin şöbədə hazır olmalıdır; əks halda, qanuna uyğun qərar veriləcək və gəlməməsi həbsə gətirmə qərarının çıxarılmasına səbəb ola bilər.

Bu çağırışın diqqətçəkən tərəfi odur ki, ittihamın detalları açıq şəkildə bildirilməyib və yalnız “zabitlərin hesabatı”na istinad edilib. Hüquq müdafiəçilərinin fikrincə, bu cür qeyri-şəffaf çağırışlar təqsirləndirilən şəxsin ittihamdan dəqiq məlumat almaq və ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilə bilər.

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və …

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə …