Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İranda etirazlar altıncı günə qədəm qoyur: saxlanılanların sayı artdıqca rejimin devrilməsi tələbləri də artır

GADTB: İranda milli valyutanın kəskin şəkildə ucuzlaşmasından sonra dekabrın 28-də başlayan ümumxalq etirazları ölkənin demək olar ki, hər yerində altıncı gündür ki, davam edir.

Son iki gündə Tehranda hökm sürən nisbi sakitliyi bu gün etirazçılar pozub: şəhər sakinləri küçələrə çıxaraq rejimin devrilməsini tələb edən hökumət əleyhinə şüarlar səsləndiriblər.

Ölkə daxilində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

 İnsan haqları təşkilatlarının son məlumatlarına görə, ən azı yeddi etirazçı ölüb, 30-dan çoxu yaralanıb. Etirazlar başlayandan bəri 119 etirazçı həbs edilib.

Tramp və İsrail rəsmilərinin İranı təhdid edən açıqlamalarından sonra gərginlik daha da artıb.

İran parlamentinin sədri və Ali Milli Təhlükəsizlik Şurasının katibi də daxil olmaqla, yüksək vəzifəli rəsmiləri həm ABŞ-yə, həm də İsrailə qarşı əks-təhdidlərlə çıxış edilbər./ Azad İran

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …