İranda məhbuslar aclıq aksiyasına başlayıb

GADTB: Son günlər İranda 6 siyasi məhbusun edam edilməsindən sonra Tehranın Evin və Kərəcin Qızılhisar həbsxanaları başda olmaqla, bir neçə həbsxanada saxlanılan məhbuslar aclıq aksiyasına əl atıblar.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, aksiya siyasi məhbusların edam edilməsinə etiraz olaraq və ölüm hökmlərinin icrasının dayandırılması tələbi ilə aprelin 7-də başlayıb.

Qeyd edək ki, ötən həftə yanvar etirazları zamanı həbs olunan 4 nəfər və həmçinin İran Xalq Mücahidləri Təşkilatının iki üzvünün edam hökmü icra olunub.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …