Cümə axşamı , Mart 28 2024
azfa

İrandan növbəti təxribat: İran və Ermənistan üçüncü dövlətlərin iki ölkə sərhədini bağlamağa müdaxiləsinə icazə vermir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının Sərhəd Komitəsinin sədri iddia edir ki, İran İslam Respublikası ilə Ermənistan arasındakı sərhəd tamamilə ayrı və təhlükəsiz sərhəddir və hər iki tərəf onun təhlükəsizliyinin təmin edilməsinə səy göstərərək, hər hansı sərhəd pozuntusunun və qanunsuz keçidin qarşısını almaqda qərarlıdır, Türkiyə də daxil olmaqla üçüncü dövlətlərin bu sərhədlə bağlı müdaxiləsinə və tövsiyələrinə icazə verməyəcək və bizim buna heç bir ehtiyacımız yoxdur.

“İribnews” xəbər verir ki, Şəhriyar Heydəri İran və Ermənistan arasında sərhədin bağlanması ilə bağlı bəzi fitnələrə toxunaraq deyib: “İranın ali rəhbərinin Ərdoğan və Putinlə görüşündə vurğuladığı kimi, İran İslam Respublikası iki ölkənin sərhədlərinin bağlanmasına icazə verməyəcək”.

İran İslam Respublikasının 15 ölkə ilə uzun quru və dəniz sərhədlərinin olmasına toxunan millət vəkili bildirib: “Bu arada, İslam Respublikası dost ölkə və qədim qardaşımız olan qonşu Ermənistanla 47 kilometr sərhədi bölüşür”.

O, işğalçı Ermənistanın Qafqaz bölgəsindəki strateji mövqeyinə toxunaraq qeyd edib: “Bu məsələ Ermənistan üçün çoxlu problemlər yaradıb. Onlardan biri Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurma ilə başa çatan Qarabağ münaqişəsi idi, lakin problem siyasi və diplomatiya yolu ilə ciddi və əsaslı şəkildə həllini tapmalıdır”.

“Bununla əlaqədar İran İslam Respublikası hesab edir ki, hər iki ölkə məsələni siyasi həll yolu ilə həll etməlidir. Digər tərəfdən, bəzi transregional ölkələr İranı bir kənara vurmaq üçün Ermənistanla Naxçıvan arasında dəhliz yaratmağa çalışsalar da, Ermənistan və İran region ölkələrinin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayır”,-deyə Heydəri iddia edib.

O, habelə Xameneinin xüsusilə İranın şimalındakı ölkələrin ərazi bütövlüyünün qorunub saxlanmasını xüsusi vurğuladığını xatırladıb: “Bizim Ermənistanla 47 kilometr ümumi sərhədimiz var, onun bir hissəsi sərhəddəki Araz çayıdır və biz bu sərhədlərə heç bir xələl gəlməsinə imkan vermərik”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …