Bazar , Avqust 23 2026
azfa

Urmiya gölü ilə bağlı İranın həbs etdiyi azərbaycanlı fəallar girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 16-da Urmiya gölünün qurudulmasına qarşı keçirilən etirazlarla bağlı İran rejiminin həbs etdiyi azərbaycanlı fəallar Mikayıl Qulupur və Huşəng Nağızadə ağır girov qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəallar Mikayıl Qulipur 500, Huşəng Nağızadə isə 700 milyon tümən girov qoyduqdan sonra rejimin Urmiyadakı zindanından çıxıb və məhkəmə olunmaları üçün prokurorluğun çağırışını gözləməlidirlər.

Qeyd edək ki, iyulun 16-da İran hökumətinin Urmu gölü ilə bağlı siyasətinə qarşı keçirilən dinc aksiyalar zamanı onlarla mədəni fəal həbs edilib.

Onlardan bir neçəsi müvəqqəti olaraq girov qarşılığında azadlığa buraxılsa da, bir çoxu barəsində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, irqçi fars rejim Urmiya gölü etirazları ilə bağlı Urmiyada yaxaldığı fəalları, o cümlədən Hüşəng Nağızadə və Mikayıl Qulupuru Urmiyada zindana köçürülmüşdürlər.

Hər iki fəalın ailəsi Ümumi və İnqilab İstintaq İdarəsinə müraciət edib və onlara bildirilib ki, Huşəng Nağıpurun zaminə buraxılması üçün 700 milyon tümən, Mikayıl Qulupur üçün isə 500 milyon tümənlik girov qərarı qəbul edilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …