Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İrandan Qaşqay türklərinə qarşı ağılsığmaz irqçilik; Qaşqaylara milli geyimdə parklara girişə qadağa qoyulur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Qaşqay türklərinə qarşı ağılasığmaz irqçilik nümayiş etdirərək, onlara öz milli geyimlərində parklara çıxmağı belə qadağan edir.

Qaşqay fəalların yaydığı məlumataa bildirilir ki, artıq Qaşqay türklərinin yaşadığı Şiraz şəhərinin bağlarına qaşqay milli geyimləri ilə giriş qadağan edilib.

Qaşqay türklərindən biri Şirazın “Baği Narincistan” parkına Qaşqay geyimində gedən gənc qızın park keşikçiləri tərəfindən parka girişə icazə verilmədiyi yazıb.

Başqa bir qaşqay türkü isə yazır: “Bir neçə gün öncə anam və həyat yoldaşımla Şirazın “Erəm” parkına getdik. Park keşikçiləri anamın milli geyimdə olduğuna irad tutaraq, parka girişinə mane oldu. Onlar anamın ya çarşaf örtməli və ya parkdan çıxmalı olduğunu dedilər. Bir neçə on illik öncəyə kimi qaşqaylara məxsus olan bağa analarımızın öz milli geyimimizdə girişinə qadağa qoyulması nə deməkdir”.

Qeyd edək ki, irqçi fars rejim Qaşqay türklərini öz doğma yurdlarında irqi-ayrıseçkiliyə məruz qoyub və onların bir millət kimi assimilyasiyaya uğradıb məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …