Şənbə , May 30 2026
azfa

İranın ayrıseçkilik siyasətinin nəticələrindən; Ərdəbildə 70 min işsiz var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ayrıseçkilik siyasətinin nəticəsində Güney Azərbaycanda işsizlik fəlakət həddinə çatıb.

Ərdəbildən İran məclisinə göndərilən Seyid Kazım Musəvi də artıq İranın bu sahədə ayrıseçkilik siyasətinə etiraf etmək məcburiyyətində qalraq deyib ki, bu əyalətdə hökumət tərəfindən sərmayə qoyuluşunun olmamasına və əyalətin ciddi iqtisadi geriləməsinə görə burada 70 min insanın işsiz qalıb

Ərdəbil Azad İqtisadi Bölgəsinin yaradılmasının gecikdirilməsini tənqid edən Seyid Kazım Musəvi habelə bildirib: “Əyalətin bütün dörd nöqtəsinin azad iqtisadi zonaya çevrilməsi bölgə əhalisinin işsizlik probleminə yardım edəcək”.

“Hökumət bölgənin iqtisadiyyatını inkişaf etdirmək üçün Ərdəbil Azad İqtisadi Zonasının yaradılmasına qərar verməlidir”, – deyə o əlavə edib.

Ərdəbil əyalətinin şəhərətrafı və yoxsul bölgələrində 200 minə yaxın insanın yaşadığını vurğulayan Musəvi qeyd edib: “Ərdəbil əyalətində 70 min işsiz insan var və məşğulluq sahəsinə sərmayə yatıraraq gəlir gətirən strategiyalaın yaradılması əhalinin əsas tələblərindəndir”.

O, sonda 175 kilometrlik Ərdəbil-Miyana dəmir yolunun təməlinin atılmasından artıq 18 il keçməsinə baxmayaraq, layihənin tamamlanmadığını və Güney Azərbaycan əhalisinin hökumətin bu davranışından narazı olduğunu söyləyib.

Həmçinin yoxlayın

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar …

“Traxtur” klubu Çempionlar Liqasında iştirak edə bilər

GADTB: Cənubi Azərbaycanın “Traxtur” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə …