Şənbə , Aprel 20 2024
azfa

İrandan yeni irqçi addım: İran rəsmisi filmlərin adlarının farsca olmasına təkid edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Mədəniyyət Naziri Seyid Abbas Salehi yeni irqçi addımla rəhbəri olduğu nazirlikdə kino filmlərinin adlarının farsca olması ilə bağlı addımlar atıldığını söyləyib.

Seyid Abbas Salehi Tehranda fars dilinin qorunması üzrə koordinasiya şurasının 10-cu iclasında farsca adların istifadə olunması ilə bağlı nazirlikdə bir sıra nizamlamaların tətbiq ediləcəyi haqda məlumat verib.

Nazir Abbas Salehi İranın rəhbəri Xamneinin fars dilinin qorunub saxlanması ilə bağlı açıqlamalarına istinadən edərək, dilin qorunmasının əhəmiyyətli olduğunu bildirib.

İclasda Fars Dili və Ədəbiyyatı Akademiyasının direktoru Qulaməli Həddad Adil də iştirak edərək deyib: “Mən fars dilinin durumunda əndişəliyəm. Fars dilinin zəifliyi, ölkənin kimliyi və milliyyətinin zəifliyi deməkdir”.

İranın Mədəniyyət naziri vilayətlərdə fars dilinin qorunması üçün vilayət komitələrinin aktivləşdirildiyini və həmin istiqamətdə addımların atıldığını bildirib. O həmçinin deyib ki “bu addımları atmadan əvvəl nazirlikdə bir sıra nizamlamalara imza atdıq, misal üçün kino filmlərinin adlandırılmasında təkid etdik ki, farsca adlardan istifadə olunmalıdır.”

Abbas Salehi Nazirliyin dövlətin müxtəlif təşkilat və digər qurumları ilə yazışmalar apardığını, fars dilinin qorunması üzrə Koordinasiya Şurası Katibliyinin həmin qurumlarda fəal şəkildə təmsil olunmasını nazirliyin bu istiqamətdə atdığı addımlardan biri olduğunu qeyd edib.

“Qeydiyyat prosesində işə daha ciddi yanaşmalı və bu mövzuda daha çox diqqət göstərməli, ümumi xidmətlər göstərən bütün mərkəzlər sistemlərində fars adlarından istifadə edilməsinin zəruriliyi məsələsini qeyd etməlidir” – deyə Abbas Salehi söyləyib.

Son illərdə İranda türk dilində çəkilən filmlərin sayı artaraq, İran Azərbaycanının şəhərlərində bu filmlərə xalq arasında rəğbətin artdığı müşahidə olunur. Fevral ayında İranın Fəcr Kino Festivalında Atabay filminin çəkiliş qrupunun iştirakı ilə keçirilən mətbuat konfransında bir jurnalistin flmin adının və dilinin qeyri-fars dilildə çəkilməsi haqda sualı və ardınca filmin ssenaristi Hadi Hicazifərin cavabı və izahatı sosial şəbəkələrdə geniş şəkildə paylaşılaraq mübahisələrə yol açmışdı.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın