Cümə , İyul 17 2026
azfa

İranın “görünməyən iqtisadiyyatı”: Qaçaqmalçılıq, diplomatik pasportlar və SEPAH şəbəkəsi

GADTB: ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Conatan Hacket bildirib ki, SEPAH iPhone, avtomobil və lüks məhsulların qaçaqmalçılığı da daxil olmaqla qara bazara tam nəzarət etməklə əsas gəlir mənbəyini formalaşdırır. O, qeyd edib ki, bu qeyri-rəsmi iqtisadiyyat həm ali rəhbər Xameneyinin, həm də SEPAH-ın maliyyəsini artırır, həm də xalqın üzərinə əlavə yük qoyur.

Hackett deyib ki, ABŞ-nin Birgə Hərtərəfli Fəaliyyət Planından çıxması və sanksiyaların bərpası maliyyə resurslarını daha da SEPAH-ın əlində cəmləşdirib və bu proses Xameneyinin və SEPAH strukturlarının daha da varlanmasına gətirib çıxarıb.

O, vurğulayıb ki, “SEPAH itkilərdən deyil, sanksiyalardan qazanc götürür”.

Keçmiş kəşfiyyatçının dediyinə görə, SEPAH komandirləri, o cümlədən Qasım Süleymani və İsmayıl Qaani, müxtəlif ölkələrə çoxsaylı diplomatik pasportlarla sərbəst səfərlər ediblər./ Azad İran

Həmçinin yoxlayın

İranda dolların məzənnəsi 191 min tümənə yüksəlib

GADTB: İran ilə ABŞ arasında Yaxın Şərqdə davam edən yeni hərbi qarşıdurma fonunda, cümə günü, …

Molla rejimi Hörmüz boğazında daha bir gəmini vurub

GADTB: Bu gün molla rejimin Sepah terror təşkilatı Hörmüz boğazında daha bir gəmini vurulub. Britaniyanın …