Çərşənbə , Noyabr 11 2026
azfa

İranın İsfahandakı yeni nüvə zavodunun vəziyyəti barədə məlumat yoxdur

GADTB: AEBA-nın baş direktoru Rafael Qrossi bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın İsfahandakı yeni nüvə zavodunun hazırkı vəziyyətindən xəbərsizdir.

Qrossi Vaşinqtonda konfransda iştirak etdiyini və Tramp administrasiyasının rəsmiləri ilə görüşlər keçirdiyini deyib.

“Müəssisə yerin altındadır, amma biz hələ ora səfər etməmişik”, – o qeyd edib.

Qrossinin sözlərinə görə, AEBA müfəttişlərinin nüvə kompleksinə səfəri zavod 12 günlük müharibədə vurulduğu zaman ləğv olunub.

İran AEBA-nı bu yeni müəssisə barədə ötən ilin iyun ayında məlumatlandırıb.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …