Şənbə , Oktyabr 17 2026
azfa

İranın nüvə proqramı ilə bağlı hesabat təqdim olunacaq

GADTB: Avropa ölkələrinin artan təzyiqləri fonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramı ilə bağlı geniş hesabatını qurumun növbəti iclasında təqdim edəcək.

Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.

“AEBA-nın hesabatı iki hissədən ibarət olacaq. Birinci hissə təftişlərə, ikinci hissə isə İranın Birgə Hərtərəfli Fəaliyyət Planı mövzusuna və BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına dair 2015-ci il tarixli 2231 saylı qətnaməsinə həsr olunacaq. Üç Avropa ölkəsi təzyiqləri artırıb və agentlik geniş hesabat hazırlayacağını açıqlayıb”, – o, hökumətin iclasından sonra bildirib.

M.İslaminin sözlərinə görə, İran ümid edir ki, AEBA hesabatın hazırlanmasına peşəkarlıqla yanaşacaq və “siyasi qərəzdən çəkinəcək. “Agentliklə əməkdaşlığımız davam edir və biz onun nəzarətindəyik”, – o əlavə edib.

İsralin XİN başçısı Gideon Saar isə İranın nüvə proqramı ilə bağlı deyib ki,İran hökuməti iki atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edib.

 “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi variant masadadır”, – o bildirib.

Saar İranın nüvə proqramını dayandırmamasının İsrailin təhlükəsizliyi üçün fəlakət olacağını vurğulayıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …