Bazar , Sentyabr 20 2026
azfa

İrqçi farslar Qaşqay Şəhidləri lövhəsini zədələyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farslar Qaşqay türklərinin izini silməyə davam edirlər. Onlar bu istiqamətdə Qaşqay Şəhidləri lövhəsini zədələyiblər.

Şiraz-Kuhçinar marşrutu üzrə Qaşqay Şəhidləri Magistral Yolunda olan nişan ikinci fədəf olaraq yenidən irqçi fars vandalizminə məruz qalıb.

İranşəhri faşist qruplar yol nişanının üstünə boya səpərək onu zədələyiblər.

Sosial şəbəkələrdə yayılan görüntülərdən görünür ki, Qaşqay türk gənci həmin lövhəyə səpilən sprey boyanı təmizləməyə çalışır.

Qaşqay türkləri qırx min imza toplayaraq İsfahan-Şiraz yolunun “Qaşqay” adlandırılmasını istəmişdilər. Ancaq rəsmilər onların bu istəyi ilə razılaşmayaraq, Şirazdan Çinar dağına gedən marşrutda kiçik bir avtomobil yoluna “Qaşqay Şəhidləri” adını vermişdilər. Lakin irqçi farslar buna da mane olmağa çalışır.

Qeyd edək ki, Qaşqay türkləri Qaşqayyurdda yaşayırlar. Onların sayı hazırda təxminən 5 milyon nəfərdir. Cənubi Azərbaycanla Ərəb körfəzi arasında yaşayan Qaşqay türkləri Cənubi Azərbaycanı və ümumiyyətlə Türk Dünyasını isti sulara bağlayır. İrqçi fars-molla rejimi Qaşqayyurdu parçalayaraq müxtəlif vilayətlərə paylayıb.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …