GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Azərbaycanın Qarabağ bölgəsindən narkotik tranziti üçün istifadə etməsinə dair görüntülər yayılıb.
Vətən Müharibəsi dövründə bəlli oldu ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bir hissəsi İran silahlı qüvvələri tərəfindən narkotik vasitələrin daşınması üçün istifadə olunub.
Həmin məsələyə dair görüntülər qalır və ara-sıra İranın dağıdıcı siyasətinin ifşası məqsədilə yayılır.
İki il öncə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli rayonu ərazisində narkotik bitkilərin becərildiyi sahə və böyük laboratoriya aşkar edilmişdi.
İran vasitəsilə Azərbaycanın işğal olunmuş əraziləri üzərindən qərbə və şimala narkotiklərin daşınması barədə kifayət qədər məlumat var.