
GADTB: ABŞ prezidenti Donald Tramp admiral Bred Kuperin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yeni komandanı vəzifəsinə namizədliyini irəli sürüb.
Bununla bağlı Newsweek məlumat yayıb.
Senat tərəfindən təsdiqlənərsə, Kuper bu yay təqaüdə çıxmağa hazırlaşan general Maykl Erik Korreanı əvəz edəcək.
Bu təyinat İran ilə gərginliyin artdığı və nüvə danışıqlarının kritik mərhələyə çatdığı bir vaxta təsadüf edir.
Əvvəllər Bəhreyndə Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına komandanlıq etmiş Kuper bölgədəki dəniz əməliyyatlarında böyük təcrübəyə malikdir və İrnın qatı müxalifi kimi tanınır.
Dəyişikliklə Tramp İranın nüvə proqramı və Yaxın Şərqdə davam edən münaqişələr də daxil olmaqla regional gərginliklərdə daha iddialı, hərbi gücə əsaslanan yanaşmaya meylli olduğunu göstərir.