Bazar ertəsi , Noyabr 2 2026
azfa

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Küveyt sahillərinə qədər çatıb. Hadisə körfəzdə genişmiqyaslı ekoloji fəlakət təhlükəsini gündəmə gətirib və bölgədə yaranan ağır vəziyyətə dair narahatlıqları artırıb.

Böhran son günlərdə Xarg adasından yayılan videogörüntülərlə daha da diqqət çəkib. Vətəndaşlar tərəfindən lentə alınan kadrlarda sahillərin böyük hissəsinin neft ləkələri ilə örtüldüyü görünür. Görüntülərdə milyonlarla dəniz ilbizi, xərçəng, tısbağa, quş və digər sahil canlılarının qalın neft təbəqəsinin içində qalaraq məhv olduğu əks olunur.

Məlumata görə, neft çirklənməsi Xarg adası ətrafındakı dəniz həyatına ciddi zərbə vurub və bölgənin bəzi hissələrini dəniz canlılarının “səssiz məzarlığına” çevirib.

Ekologiya üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, neft sızmasının davam etməsi və vəziyyətlə bağlı şəffaf, təcili tədbirlərin görülməməsi bütün Fars körfəzi üçün bərpası çətin olan nəticələr doğura bilər. Bir çox ekspertlər baş verənləri adi çirklənmə deyil, “təbiətin kütləvi məhvi” kimi qiymətləndirirlər.

Həmçinin yoxlayın

Urmiya kürd təxribatı; bir mağazaya kürd terrorçu qruplarının istifadə etdiyi “Rojava” adının verildi

GADTB: Azərbaycanın ürəyi olan Urmiya şəhərinin Əbuzər küçəsində kürd terrorçu qruplarının tərəfdarlarından biri mağazasına “Rojava” …

Molla rejimi dəniz blokadasının ləğv edilməsini danışıqlar masasına qayıtmaq üçün şərt kimi irəli sürüb

GADTB: ABŞ-nin aralıq seçkilərindən sonra mümkün müharibənin qarşısını almaq üçün Qətər vasitəçiləri Tehran və Dohada …