GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepah-ı öz Twitter səhifəsində video paylaşaraq yenidən erməni işğalçılarını himayə edərək, Azərbaycanı hədələyib.
Terrorçu Sepah-ın Azərbaycana qarşı paylaşdığı videosunda başlıqda yazıb: “İran beynəlxalq sərhədləri dəyişdirmək məqsədilə istənilən plana sərt cavab verəcək”.
Videoda keçən il İranın rəhbəri Xameneinin ikinci Qarabağ müharibəsi haqda çıxışından sitat gətirilir: Beynəlxalq sərhədlərə riayət edilməlidir. Yəni, münaqişə tərəfləri ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədlərinə təcavüz etməməli və terrorçular da sərhədlərimizin yaxınlığında yerləşdirilməməlidir.
Videoda Sepah-ın Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpurun İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlim zamanı verdiyi açıqlama yer alıb: Biz bölgənin bütün ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və sərhədlərin geosiyasətində hər hansı dəyişikliyi qəbul etmir, bunu İranın qırmızı xətti hesab edirik.
Videonun Sonunda Ermənistanın Azərbaycanla olan sərhədi qabarıq xətlə çəkilərək altında “qırmızı xətt” yazılıb.