Çərşənbə , Sentyabr 23 2026
azfa

Ukrayna Rusiyanın 19500 hərbçisini və çox sayda hərbi texnikasını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müharibənin 47-ci günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib. Ukrayna Baş Qərargahı 11 aprelə olan düşmən itkilərini açıqlayıb.

Bildirilib ki, Rusiya 24 fevraldan indiyə qədər 19,5 min əsgər, 725 tank, 1923 hərbi zirehli maşın, 347 artilleriya sistemi, 111 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 154 təyyarə, 137 helikopter, 1383 avtomobil texnikası, 7 gəmi/kater, 76 yanacaq-sürtkü sisterni, 119 PUA, 25 xüsusi texnika və 4 operativ taktiki raket kompleksi itirib.

Bu arada isə Ukrayna ordusu Donetsk vilayətində Qədirovun dəstəsinin məhv edildiyi bildirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Cənub Hərbi Dairəsinin 58-ci ordusunun 42-ci motoatıcı diviziyasının 70-ci motoatıcı alayının 1-ci alay taktiki qrupunun hərbçiləri öldürülüb. Bu bölmənin daimi dislokasiya yeri Çeçenistan Respublikasının Şali rayonunda yerləşir.

Qeyd olunub ki, alay taktiki qrupunun komandiri qərargah rəisi ilə birlikdə PDM-3-də məhv edilib.

Komandanlıq bildirib ki, məhv edilən bölmənin tərkibində Suriyada mülki insanların qətlində iştirak etmiş hərbçilər də olub.

Ukrayna hərbçiləri bölmənin darmadağın olduğu yerdən görüntülər də paylaşıb.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …