Şənbə , Aprel 18 2026
azfa

İranın terrorçu Sepah təşkilatı Quzey Azərbaycanda dini radikalizmi gücləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepah təşkilatı Quzey Azərbaycanı Suriya, İraq və Yəmənə çevirmək üçün dini radikalizmi yaymaqdadır.

Bu məqsədlə Tehranda Sepahın İmam Sadiq Universitetində “Şəhid Bakiri (Azərilər)” adlı təşkilat tərəfindən “Dünyanın Müsəlman Azərilərinin  Yubleyi” adlı toplantı keçirilib.

“Fars” Xəbər Agentliyinin yaydığı xəbərlərə görə, toplantıda İranın Azərbaycan Respublikası və Rusiyadakı əlaltıları, eləcə də İrandakı İmam Sadiq Universitetinin Elmi Heyət üzvü Səid Məhdəvi, bəzi tələbələri, sepahın Azərbaycandakı əlaltısı Ramiz Sarıyev iştirak edib.

İclasda terrorçu başı Qasım Süleymaninin şəxsiyyəti təqdir edilib və Azərbaycanın azəri şiələrinin İrana və məzhəbçi radikallığa meylləri müzakirə edilib.

Qeyd edək ki, İran Azərbaycan türklərinin milli oyanış dalğasını nəzarətdə saxlamaq üçün Azərbaycanın cənubunda məzhəbçi terrorçu qruplar təşkil etmiş və Ermənistana Azərbaycana qarşı hərtərəfli dəstək vermişdir. Qasım Süleymaninin özü də Qarabağ məsələsində erməniləri dəstəkləmiş və İraqda şiə türkmənlərinə qarşı PKK terrorçuları ilə əməkdaşlıq etmişdir.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın