Cümə , Aprel 26 2024
azfa

İranın Urmiyada həbs etdiyi Huşəng Nağızadə və Mikayıl Qulupur zindanın 3-cü bölməsinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,irqçi fars rejimin iyulun 16-da Urmiya gölü etirazları ilə bağlı həbs etdiyi azərbaycanlı fəallar Huşəng Nağızadə və Mikayıl Qulupur Urmiyada rejimin zindanının 3-cü bölməsinə köçürülüb.

Güney Azərbaycanın Urmiya şəhərinin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəallar iyulun 20-də zindanın karantin bölməsindən ağır cinayətlər törətmiş məhbusların saxlanıldığı 3-cü bölməyə köçürülüblər.

Bununla yanaşı rejimin yaxaladığı azərbaycanlı milli fəallar Səid Gülməhəmmədi və Əlirza Qasımzadə də rejimin Urmiyada yerləşən zindanına köçürülüblər.

Qərbi Azərbaycanda rejimin polis idarəsinin məlumatında həmin fəallarla yanaşı daha daha dörd azərbaycanlı fəalın Urmiya zindanında həbsdə olduğu bildirilsə də, onların kimliyi barədə açıqlama verilməyib.

Eyni zamanda Fəriba Amuyinin barəsində cinayət işinin açıldığı bildirilsə də, onun son durumu və harada saxlanılması barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, irqçi fars rejim Urmiya gölü etirazları ilə bağlı Urmiyada yaxaldığı fəalları, o cümlədən Hüşəng Nağızadə və Mikayıl Qulupuru Urmiyada zindana köçürüb.

Azərbaycanlı milli fəallar Hüşəng Nağızadə və Mikayıl Qulipur ailələri ilə telefon danışığı zamanı iyulun 17-də Urmiya şəhərinin mərkəzi zindanına köçürüldüklərini deyiblər.

Hər iki fəalın ailəsi Ümumi və İnqilab İstintaq İdarəsinə müraciət edib və onlara bildirilib ki, Huşəng Nağıpurun zaminə buraxılması üçün 700 milyon tümən, Mikayıl Qulupur üçün isə 500 milyon tümənlik girov qərarı qəbul edilib.

Ailələr istənilən girov sənədini hazır etdikdən sonra müstəntiqə bu barədə məlumat versələr də, o fəalları məhkəməyə qədər müvəqqəti olaraq azad etmək barədə qərar çıxarmaqdan imtina edib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …