Rejimin zülmünə etiraz olaraq aclıq aksiyası keçirən Əkbər Əbülzadə təkadamlıq kameraya köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərində yerləşən rejimin zindanında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əkbər Əbülzadə zindanın təkadamlıq kamerasına köçürülüb.

Azərbaycanlı siyasi məhbusun ailəsi ilə telefon əlaqqəsinə də qadağa qoyulub.

Azərbaycanlı siyasi məhbusun təkadamlıq kameraya köçürülməsi fəalın məzuniyyət hüququndan istifadə edə bilməməsi, ailəsinin təhlükəsizlik məmurları tərəfindən incidilməsinə etiraz olaraq iyulun 17-dən aclıq aksiyasına başlamasından sonraya təsadüf edir.

Qeyd edək ki, azərbaycanlı fəal Əkbər Əbülzadə bu il iyunun 7-də Əhər şəhərində həbs edilib. Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün İnstaqram səhifəsində bununla bağlı yazıb: “Həbsin səbəbləri barədə məlumat verilməsə də, Əyyubun bundan öncə 2015-ci ildə İran televizyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı olduğu güman edilir”.

Əkbər Abülzadə Əhər şəhərində anadan olub və 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün yaxalanmışdı. Milli fəal 1 sentyabr 2018-ci ildə Şərqi Azərbaycan əyalətində Apellyasiya Məhkəməsinin yekun qərarı ilə 10 ay həbs cəzası almışdı.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …