Bazar , Sentyabr 24 2023
azfa

İranla bağlı BMT-yə qətnamə təqdim edildi

GADTB: İranın İnsan Haqları Şurasının İctimai Assambleyasına sədrliyinin ləğvi üçün BMT-yə qətnamə layihəsi təqdim edilib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının müşahidəçisi, hüquqşünas Hillel Noyer Tvitter hesabında yazıb.

“İranın bu quruma sədr seçilməsi insan haqları təşkilatına təhqirdir. Bu ədalətsizliyə dözməyəcəyik”, – o bildirib.

Qətnamə layihəsində İran hökumətinin insan haqları sahəsindəki pozuntuları, etiraz aksiyaları zamanı vətəndaşlara qarşı repressiyaları qeyd edilib.

Həmçinin, İranın adıçəkilən qurumun sədrliyindən uzaqlaşdırılması üçün petisiya imzalanıb.

Hazırda petisiyanı 74 min nəfər imzalayıb. İmza sayı 100 minə çatdıqdan sonra onun dünya ölkələri başçılarına göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İranın BMT-nin Cenevrə ofisindəki səfiri Əli Bəhreynin mayın 10-da bu qurumun İnsan Haqları Şurası İctimai Assambleyasının rəhbəri təyin edilməsi insan haqları təşkilatlarının etirazlarına yol açmışdı.

Həmçinin yoxlayın

Təbrizdə ana dili ilə bağlı divarlara şüarlar yazıldı

Təbriz şəhərində azərbaycanlı fəallar yeni tədris ilinin başlaması ilə eyni vaxtda təhsil sisteminin təkdilli olmasına …

Erməni deputat: “30 il ərzində “Arsaxa” ən çox strateji yardım edən İran olub”

GADTB: İranda yaşayan ermənilərin “HUR” Tərcümə və Araşdırma Mərkəzi xəbər verir ki, Ermənistan parlamentinin keçmiş …