
GADTB: İrəvanda yerləşən tarixi Azərbaycan məscidi olan Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Bu barədə İranın Ermənistandakı səfirliyi də məlumat yayıb.
Artıq növbəti mərhələdə həmin zalda erməni şairin büstünün qoyulmasının da planlaşdırıldığı söylənilir.
Eyni zamanda İrəvanda işgüzar səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şairin adının əks olunduğu lövhənin açılışını edib.
İranın Ermənistandakı səfirliyindən məlumatına əsasən, növbəti mərhələdə məscidin mərasim zalında Çarentsin büstünün quraşdırılması nəzərdə tutulur.
Qeyd edık ki, tarixi Azərbaycan ərazisi olan İrəvanda yerləşən Göy məscid Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı mühüm abidələrdən biridir. Məscid XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilib və İrəvan xanı Hüseynəli xanın adı ilə bağlıdır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi