
GADTB: Molla rejimi nüvə obyektlərini yoxlamağa icazə vermir. İsaıam Respublikası rejiminin Vyanadakı nümayəndəliyinin Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) göndərdiyi 10 səhifəlik məktubda deyilir ki, ABŞ-nin yeni hərbi hücumlarla bağlı təhdidləri fonunda Tehran nüvə obyektlərində tam yoxlamaların aparılmasının mümkünsüz hesab edir.
Agentliyə təqdim edilən və ötən həftənin sonlarında diplomatlar arasında yayılan sənəddə Tehran nüvə obyektlərinə edilən hücumların və yeni zərbələr təhdidinin adi yoxlamaların aparılmasını qeyri-mümkün etdiyini bildirib.
Molla rejimi həmçinin ABŞ hərbi hücumu təhlükəsi altında qaldığı müddətcə tam beynəlxalq nüvə monitorinqinə icazə verməyə borclu olmadığını bəyan edib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi