Cümə axşamı , Oktyabr 22 2026
azfa

İraq prezidenti İranın terrorçularının adını çəkmədən onların 600-dən çox adamı etirazlarda öldürdüyünü etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq prezidenti Berhem Salih İranın terrorçu qruplarının adını çəkmədən deyib ki, İraqda 3 aydan bəri davam edən etiraz aksiyalarında qanunsuz şəxslərin zorakılıq hərəkətlərinə görə 600-dən çox nümayişçi həyatını itirib.

Saleh İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edib. İraqlı gənclərin daha yaxşı bir həyat, iş imkanları, xidmət sektorunun yaxşılaşdırılmasını və ölkəni uzun müddət iflic edən korrupsiyaya son qon qoyulmasını tələb etdiklərini, bu istəklərini səsləndirmək üçün küçələrə axışararaq hökumət əleyhinə aksiyalar keçirdiklərini ifadə edən Saleh, bu günahsız sülhməramlı gənclərdən 600-dən çoxunun qanunsuz şəxslərin (Xamneiyə bağlı terrorçu Həşdişəbi qruplaşmasının) zorakılığı səbəbiylə həyatını itirdiyinə diqqət çəkib. Nümayişlərin azad və şəffaf növbədənkənar seçkilərin keçirilməsi ilə sona çatacağına inandığını vurğulayıb.

Xatırladaq ki 1 oktyabr 2019-cu ildən bəri İraqda korrupsiya, infrastrukturun olmaması, işsizlik və xaricilərin ölkənin daxili işlərinə müdaxiləsi kimi səbəblər irəli sürülirək hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Xamneinin göstərişi ilə dinc etirazçılar Həşdişəbi tərəfindən qətliam edilib. Qasım Süleymaninin bütün səylərinə baxmayaraq, aksiyalara görə 29 noyabrda İrana bağlı baş nazir Adil Abdulmehdi istefa verməyə məcbur olub. Həmin tarixdən sonra yeni hökumət formalaşdırıla bilmədi.

Həmçinin yoxlayın

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Tramp: İranın nüvə silahına sahib olmasının qarşısını almasaydıq, indiyədək dağıdıcı nüvə silahlarından istifadə etmiş olardı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasının nüvə silahına sahib olmasının qarşısını almağı özünün …

Bir cavab yazın