Çərşənbə , Oktyabr 14 2026
azfa

İraq, Suriya və ABŞ Aralıq dənizi boru kəmərinin bərpası və Hörmüz boğazından asılılığın azaldılması ilə bağlı yeni təşəbbüs irəli sürdülər

GADTB: Məlumatlara əsasən, İraq, Suriya və Amerika Birləşmiş Ştatları Kərkük–Baniyas neft kəmərinin bərpasına dair razılaşmanın hazırlanması istiqamətində danışıqlar aparırlar. Həmin marşrut İraq neftinin Suriya ərazisi vasitəsilə Aralıq dənizinə nəqlini təmin edə və Bağdadın enerji ixracında Hörmüz boğazından asılılığını azalda bilər.

Middle East Eye nəşrinin məlumatına görə, bu təşəbbüs Bağdad ilə Vaşinqton arasında aparılan yeni danışıqlar çərçivəsində müzakirəyə çıxarılacaqdır. Eyni zamanda, Amerika şirkətlərinin boru kəmərinin bərpası və yenidən istismara verilməsi prosesində iştirak etməsi nəzərdə tutulur.

Kərkük–Baniyas neft kəməri keçmişdə İraq neftini Suriyanın Baniyas limanına nəql etmişdir. Lakin müharibə, sanksiyalar və infrastrukturun köhnəlməsi səbəbindən uzun illərdir istismardan çıxmış vəziyyətdədir. Bu marşrutun bərpası İraq üçün alternativ ixrac dəhlizi yarada, eyni zamanda ölkənin Avropa və Aralıq dənizi hövzəsi bazarlarına çıxış imkanlarını genişləndirə bilər.

Məlumatlarda qeyd olunur ki, sözügedən boru kəmərinin bərpası məsələsi İraq rəsmilərinin ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak ilə keçirdiyi görüş zamanı da müzakirə edilmiş, layihənin icrasında Amerika şirkətlərindən birinin iştirak etməsi ehtimalı da gündəmə gətirilmişdir.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …