Bazar ertəsi , Avqust 10 2026
azfa

İrqçi fare rejimin Apelyasiya Məhkəməsində azərbaycanlı fəallar mühakimə edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən sentyabr ayının 1-də irqçi fars rejimin Şərqi Azərbaycan vilayətində yerləşən Apelyasiya Məhkəməsinin 3-cü şöbəsində Azərbaycan türklərinin təhqir edilməsinə etiraz edən 7 nəfər azərbaycanlı milli-mədəni fəalın apelyasiya şikayətinə baxılıb.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Azərbaycan türklərinin təhqir edilməsi ilə əlaqədar “Fitilə” proqramına etirazlarla bağlı yaxalanan fəallardan Əkbər Əbulzadə, Hamid Allahverdipur, Murtaza Şükri və İsrafil Fətullazadə rejimin Apelyasiya Məhkəməsində mühakimə ediliblər. Fəallardan Saleh Molla Abbasi, Süleyman Kazimi və İbrahim Nuri (Evin zindanında həbsdədir) isə Apelyasiya Məhkəməsində iştirak edə bilməyiblər.

Rejimin Apelyasi Məhkəməsinin hakimi Əlizadə fəalların özünümüdafiəsi ilə bağlı irəli sürdükləri dəlilləri gözdən keçirib. Məhkəmə Azərbaycan türklərini təhqir edən “Fitilə” proqramını əməlini  yanlış qiymətləndirsə də, həmin təhqirlərə etiraz edən fəalların etirazını separatçılıq adlandırıb. Heç bir günahı olmayan azərbaycanlı fəalları rejimin məhkəməsi qərəzli şəkildə “İslam Respublikasının təhlükəsizliyinə qarşı təbliğat aparmaq”da ittiham edib.

Azərbaycanlı fəallar ilk öncə irqçi fars rejimin Əhər şəhərində yerləşən İnqilab məhkəməsinin 1-ci şöbəsində birlikdə 58 ay həbs cəzasına məhkum edilmişdilər. Rejimin məhkəməsi Saleh Molla Abbasi, Əkbər Əbulzadə və İbrahim Nuri hər biri 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, Murtaza Şükri və İsrafil Fətullazadə hər biri 7 ay həbsə məhkum edilmişlər.

Həmçinin yoxlayın

ABŞ İranın Hörmüz boğazı ilə bağlı vədlərinə etibar etmir və onları yoxlayacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens şənbə günü bildirib ki, İran ABŞ-a Hörmüz boğazından mümkün …

İsrail İrana qarşı ABŞ-dan müstəqil hərbi əməliyyata hazırlaşır

GADTB: İsrail mediasının məlumatına görə, İsrail ABŞ-ın iştirakı olmadan İran rejiminə qarşı birtərəfli hücumlar həyata …

Bir cavab yazın