Bazar , Dekabr 22 2024
azfa

İrqçi fars-molla rejimi milli internet layihəsilə daha təhlükəli Şimali Koreyaya çevrilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim etirazlar zamanı interneti dünyada misli görünməmiş formada tamailə kəsib, öz müəssisələrinə milli dediyi interneti verməsi, rejimin Şimali Koreyaya çevrilmə istiqamətində xeyli irəlilədiyini göstərdi.

Sözsüz ki, irticaçı fars-molla rejimi həmin sistemi genişləndirməklə daha təhlükəli istiqamətdə irəliməyə əzmli görünür.

Hazırda internet bloklanması qismən bitsə də, İranın müxtəlif bölgələrində baş verənlərlə bağlı məlumat əldə etmək etirazlardan əvvəlki dönəmə nəzərən xeyli çətinləşib.

Bir həftəlik internet blokadası səbəbilə hüquq müdafiəçiləri nəzarət altına alınan və öldürülən vətəndaşlar haqqında ətraflı məlumat əldə edə bilməyiblər.

Amnesty International təşkilatı twitter hesabında silahlı qüvvələrin bir dövlət binasının damından etirazçılara atəş açdığını göstərən bir videonu bu açıqlamalar ilə paylaşıb:

“Ekspertlər deyir ki, bu günə qədər heç bir şey logistik olaraq İranın interneti qapatması olayının mürəkkəbliyində olmayıb. Görünür ki, İran rəsmiləri, bu videoda olduğu kimi, bizim onların dövlət binalarının damlarından silahsız insanlara necə atəş açdıqlarını görməyimizi istəmirlər.”

Amnesty Inernational etirazların üçüncü gününə qədər ən az 106 nəfərin öldüründüyünə dair hesabat yaymışdı.

İnternet blokadası qismən bitsə də, İranın müxtəlif bölgələrində baş verənlərlə bağlı məlumat əldə etmək etirazlardan əvvəlki dönəmə nəzərən xeyli çətinləşib. Müşahidəçilər bildirir ki, İran İslam Respublikası xəbərlərin axdığı kanalları qapatmaq üçün daha mürəkkəb metodlardan istifadə etməyə başlamışdır.

İnternetin bloklandığı günlərdə vətəndaşlar hakimiyyətin “Milli İnternet” adlandırdığı daxili internet şəbəkəsinə bağlana biliblər. Bu, onlara sadəcə əsas serverləri İran daxilində olan internet portallarından istifadə etmək imkanı verib.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …

Bir cavab yazın