Çərşənbə , Noyabr 25 2026
azfa

“Pəncə” əməliyyatlarında türk ordusu 163 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında terror təşkilatı PKK-ya qarşı “Pəncə” əməliyyatlarında indiyədək 163 terrorçunun zərərsizləşdirildiyini açıqladı.

Nazirliyinin Mətbuat və Xalqla Əlaqələr Şöbəsinin müdiri, dəniz podpolkovniki (yarbay) Nadidə Şəbnəm Aktop nazirlikdə təşkil edilən mətbuat konfransında sözügedən mövzu ilə bağlı deyib:

“Suriyada “Sülh çeşməsi” hərəkatı bölgəsində indiyədək terrorçular tərəfindən minalanmış 1000-dən çox əl qumbarası məhv edilib. Hərəkat çərçivəsində Türkiyə Silahlı Qüvvələri (TSQ) Mobil Klinikası Tel-Abyad və Rasulayn kəndlərinə daxil olaraq suriyalılara səhiyyə yardımı çatdırıb, vəziyyəti ağır olanları bölgədəki xəstəxanalara yerləşdirib.

Terrorçuların məktəbləri raketvuran emalatxana kimi istifadə etdiklərini aşkarladıq. Bunlardan bir neçəsi – Nukra kəndində terrorçular tərəfindən istifadə edilən məktəblər geri alındıqdan sonra təmir olunub.

Türkiyə Silahlı Qüvvələri ABŞ və Rusiya ilə Suriyanın şimalının terrorçulardan təmizlənməsi barədə müqavilənin şərtlərinə düzgün əməl edir.

İraqda həyata keçirilən “Pəncə” əməliyyatları çərçivəsində də indiyədək 163 terrorçu zərərsizləşdirilib. Terrorçular tərəfindən sığınacaq yer kimi istifadə olunan 53 mağara, 78 ədəd mina və əl qumbarası aşkarlanaraq məhv edilib”.

Həmçinin yoxlayın

Dolların qiymətində rekord artım fonunda hökumətyönlü media İrana böyük həcmdə dollar əskinaslarının gətirildiyini xəbər verir

GADTB: Dolların məzənnəsinin təxminən 285 min tümənə yüksəlməsi və rialın dəyərdən düşməsinin davam etməsi fonunda …

Tramp: İsrailin İranda rejim dəyişikliyinə nail olmaq məqsədi, yəqin ki, həyata keçirilə bilər, amma bu, mənim məqsədim deyil

GADTB: ABŞ Prezidenti Donald Tramp İslam Respublikasına qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinin 2027-ci ilin yanvar ayının …

Bir cavab yazın