Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İrqçi fars-molla rejimin irqçiliyi pisləyən azərbaycanlı jurnalistlərə verdiyi 1 illik həbsi qətiləşdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məhkəməsi irqçiliyi pisləyən azərbaycanlı jurnalistlərə verdiyi 1 illik həbsi qətiləşdi. Bununla bağlı oktyabrın 18-də Qərbi Azərbaycanda yerləşən rejimin Apellyasiya Məhkəməsi məhkəmə prosesi keçirmədən makılı jurnalistlərə irqçi şair Firdovsinin şovinistliyini tənqid etdikləri üçün çıxarılmış 1 illik həbs qərarını təsdiqləyib.

Hakimlər Əlipur və İbrahimi “Maku Times”ın müdiri Yavər Sultani və “Yurd TV” səhifəsinin admini Fərid Məhəmmədnejadın şikayətlərini təmin etmədən 1-ci instansiya məhkəməsinin qərarını dəyişikliklərlə qüvvədə saxlayıb.

Rejimin məhkəməsinin çıxardığlı qərar əsas azərbaycanlı fəallar haqlı tənqidlərinə görə məhkəmənin qəti hökmü ilə məhkumluq müddətlərinin 4 ayını zindanda həbs çəkməli, qalan 8 ay isə 2 il müddətinə təxirə salınır.

İrqçi fars rejimin məhkəməsinin ilk stansiyası azərbaycanlı jurnalistlərin hər birini 1 il həbsə məhkum etmişdi.

Qeyd edək ki, Yavər Sultani cari il iyul ayının sonlarında, Amerikada qaradərili Corc Fyoldun polis tərəfindən öldürülməsindən sonra dünyanın bir çox yerində iqrçi şəxsiyyətlərin heykəllərinin götürülməsi ilə eyni zamanda Makıda irqçi şair Firdovsinin də heykəlinin götürüldüyünə toxunub və “Maku Times”ın “İnstagram” səhifəsində paylaşdığı videoda irqçi şair Firdovsinin heykəlinin bir daha Makının Həftə Fələkəsi meydanına qaytarılmamasını arzulamışdı.

Fərid Məhəmmədnejad isə Yurd TV”-nin səhifəsində Firdovsinin heykəli, eləcə də “Avaciq” bölgəsində zəbt edilmiş ərazilərlə bağlı videolar yayıb.

Azərbaycanlı jurnalistlərin bu haqq iş isə irqçi fars-molla rejimi qəzəbləndirmişdir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …

Bir cavab yazın