Bazar , Oktyabr 25 2026
azfa

İrqçi fars-molla rejiminin bərəkətlərindən; fəhlə uşaqların sayı 7 milyona çatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əhalini fəlakətə və yoxsulluğa sürükləyən irqçi fars-molla rejimi İran adlanan ölkədə əhalini acınacaqlı duruma salıb. Artıq rejimin rəsmiləri də bu reallığa etiraf etməyə məcbur olurlar.

İranın rejimə bağlı sosioluqu Kamil Əhmədi ölkədə təkcə statistikaya düşən işləyən uşaqların sayının 2-5 milyon arasında dəyişdiyini deyib. O, İranın media orqanlarından biri ilə müsahibə zamanı bildirib ki, evlərdə işləyən fəhlə və xidmətçi uşaqları da nəzərə aldıqda, bu rəqəm 7 milyon nəfərə çatır.

Sosioluq həmçinin bildirib ki, bu sahədə statistika hazırlayanlar, yalnız küçələrdə müxtəlif işlərə cəlb edilən uşaqların sayını göstərirlər. Emalatxanalar və digər sahələrdə çalışan uşaqlar həmin araşdırmalara daxil edilmədiyindən, həmin rəqəmlər reallığı əks etdirmir.

Kamil Əhmədi həmçinin deyib: “Emalatxana, zavod və digər belə müəssisələrdə çalışan uşaqlar ağır fiziki güc tələb edən işlər görürlər. Araşdırmalarda bu kateqoriyadan olan uşaqlar nəzərə alınmırlar. Küçələrdə işləyən uşaqların iş şəraiti və psixoloji vəziyyəti onlara nisbətən bir az yaxşıdır”.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın