Çərşənbə axşamı , Yanvar 13 2026
azfa

İrqçi fars rejimə qarşı sanksiyalar Rusiya iqtisadiyyatını gücləndirir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ-ın İran adlanan ölkəyə qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyaları Rusiya bazarına gözlənildiyinin əksinə olaraq müsbət təsir edib.

Bu barədə “The Wall Street Journal” məlumat yazıb. Nəşrin bildirdiyinə görə, araşdırmanı “Aberdeen Standard Investments” investisiya şirkətinin ekspertləri aparıb.

Onların ortaq rəyinə görə, Rusiya iqtisadiyyatı İrana qarşı sanskiyalar nəticəsində inkişaf üçün stimul qazanıb. Buna həmçinin neftin dünya bazarında bahalaşması da təsir göstərib. Bu iki amil birləşərək Rusiya iqtisadiyyatının böyüməsini şərtləndirib.

Sentyabrda neftin hər bareli 80 dollara yaxın olub. Bəzi ekspertlər İrana qarşı sanksiyaların nefti hətta 100 dollara yaxın bahalaşdıracağını istisna etməyib.

Həmçinin yoxlayın

Molla rejimi qətliamla etirazları tam boğmaq üçün “Starlink” peyklərini də hədəf alıb

GADTB: İran daxilində “Starlink” peyk internetinə çıxış ilk dəfə olaraq genişmiqyaslı şəkildə pozulub və bu, …

Şahçılar azərbaycanlı fəala hücum ediblər

GADTB: Güney Azərbaycandan olan fəal Yaşar Həkəkpur Torontoda şahçıların hücumuna məruz qalıb Azərbaycanlı fəal özünün …

Bir cavab yazın