Çərşənbə , İyun 17 2026
azfa

İrqçi fars rejim aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbusları karantın bölməsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbusları karantın bölməsinə köçürüb.

Bu barədə rejimin Ərdəbildə yerləşən zindanında saxlanılan məhbuslardan bir neçəsi iyunun 13-ü, günortadan sonra aclıq aksiyası keçirən məhbusların ailələri ilə saxladıqları telefon əlaqəsi zamanı məlumat veriblər.

Onlar bildiriblər ki, Abbas Lisani, Əli Vasiqi, Rza Vasiqi, Yusif Kari və Mehrdad Şeyxi zindanın karantin bölməsinə köçürülüb, eyni zamanda onlara ailə üzvləri və yaxınları ilə telefon əlaqə yaratmaqlarına da qadağa qoyulub.

Qeyd edək ki, irqçi fars rejimin təzyiqlərinə etiraz olaraq iyunun 12-dən Abbas Lisani aclıq aksiyasına başlayıb. Onun ardında həmin siyasi məhbusa dəstək məqsədilə Yusif Kari aclıq aksiyasına başlayıb. Abbas Lisani iyunun 13-ü səhər saatlarından da quru aclıq aksiyasına başlayıb.

Həmin azərbaycanlı siyasi məhbuslara dəstək üçün iyunun 13-də Ərdəbil zindanında həbsdə saxlanılan daha üç azərbaycanlı siyasi məhbus, Mehrdad Şeyxi, Əli Vasiqi və Rza Vasiqi  də aaclıq aksiyasına qoşulub.

Bu gün isə Evin zindanında həbsdə olan azərbaycanlı siyasi məhbuslar Abbas Lisaniyə dəstək məqsədilə aclıq aksiyasına başlayıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …